İran İsveçrə səfirinə etiraz notası təqdim edib

İran İsveçrə səfirinə etiraz notası təqdim edib

21 Noyabr 2019 09:27
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın İrandakı maraqlarını təmsil edən İsveçrə səfiri Markus Laytner Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Oxumeni.az xəbər verir ki, rəsmi Tehran ABŞ-ın İranın daxili işlərinə qarışmasının yolverilməz olduğunu bildirib.

Noyabrın 16-da İranda baş verən etiraz aksiyaları zamanı ABŞ-ın dövlət katibi Mayk Pompeo və İran problemi üzrə xüsusi nümayəndəsi Brayan Huk İran xalqının rəsmi Vaşinqton tərəfindən dəstəkləndiyini bəyan etmişdi. İcazəsiz aksiyalar zamanı banklar və ticarət mərkəzləri yandırılaraq dağıdılıb. Bu hərəkətlərin ABŞ tərəfindən dəstəklənməsi rəsmi Tehranın etirazına səbəb olub. Xarici İşlər Nazirliyi qarşılıqlı razılaşmaya əsasən İranda ABŞ-ın maraqlarını təmsil edən İsveçrənin səfirinə etiraz notası təqdim edib.

Səfir Markus Laytner etiraz notasını ABŞ tərəfə çatdıracağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)