Ermənistan və Azərbaycan deputatları arasında mübahisə yaranıb

Ermənistan və Azərbaycan deputatları arasında mübahisə yaranıb

21 Noyabr 2019 11:24
Bəyəndim (1) Bəyənmədim (0)

QDİƏT-in plenar iclasında Ermənistan və Azərbaycan deputatları arasında mübahisə yaranıb.

Oxumeni.az-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O, qeyd edib ki, buna Ermənistan deputatının iclasda Azərbaycanın işğal olunmuş ərazisində - qondarma "Dağlıq Qarabağ Respublikası"nda saxta seçkilərin keçirildiyini deməsi səbəb olub.

"Bu gün Bolqarstanın paytaxtı Sofiya şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının plenar iclasında Azərbaycan və Ermənistan deputatları arasında ciddi mübahisə yaranıb. Ermənistandan olan bir deputat çıxışında "arsax"da "demokratik seçki keçirildiyini" elan etdi. Mən onun çıxışından sonra təcili söz alaraq beynəlxalq tədbir sədarətindən Ermənistan deputatının siyasi provokasiyasının qarşının alınmasını tələb etdim. Bildirdim ki, heç bir "arsax" yoxdur, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri var, bu ərazidə yaradılmış Ermənistan işğalçı rejimi var. Bu ərazilərdə qeyri-qanuni olaraq Ermənistan hərbi qüvvələri var. Ermənistan rəsmiləri vaxtaşırı işğal edilmiş ərazilərə gələrək beynəlxalq hüquq normalarını kobud surətdə pozurlar. Ermənistan daima beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yeridir. Eyni zamanda bildirdim ki, Azərbaycan öz torpaqlarının işğalına dözməyəcək, diplomatik, ya hərbi yolla torpaqlarımız mütləq azad ediləcək", - deyə Aydın Mirzəzadə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)