Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

21 Noyabr 2019 21:17
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb.

Oxumeni.az-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin Qəbullar Evinə gəldi.

Rusiya Hökumətinin sədri Dmitri Medvedev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşıladı.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşü oldu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az