“Ölkəni Yusupov kimi idarə etsəydilər...” - Putindən ismarıc+Video

“Ölkəni Yusupov kimi idarə etsəydilər...” - Putindən ismarıc+Video

22 Noyabr 2019 09:00
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin avqustda Moskvaətrafında qarğıdalı tarlasına qəza enişi edən və 226 sərnişinin həyatını qurtaran “A321” təyyarəsinin heyət üzvlərini təltif edib.

Oxumeni.az Rusiya mediasına istinadən xəbər verir ki, Kreml rəhbəri laynerin pilotu Dəmir Yusupovla söhbətində zarafatından da qalmayıb.

Putin Yusupova müraciət edərək “Çox sağ olun ki, təyyarəni təhlükəsiz idarə edirsiz. Əgər digərləri də sizin təyyarəni idarə etdiyiniz kimi ölkəni idarə etsəydilər, çox yaxşı olardı” deyib.

Prezidentin bu sözləri məmurlara ismarıc kimi dəyərləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)