Ağ Evdə daha bir istefa

Ağ Evdə daha bir istefa

26 Noyabr 2019 14:11
Bəyəndim (2) Bəyənmədim (0)

Ağ Ev rəhbərinin müavini Deniel Uolş istefaya gedib.

Oxumeni.az-ın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, 28 il dövlət qulluğunda çalışan Uolş istefadan sonra özəl sektora getməyi planlaşdırır.

ABŞ Prezidenti Donald Tramp onu öz komandasının fantastik üzvü kimi dəyərləndirib.

“Ağ Evdə bacarıqlarını inkişaf etdirən bütün şəxslər kimi o da özəl sektorda böyük bir iş təklifini qəbul etdi”, - deyə Trampın bəyanatında deyilir.

Onun yerinə kimin gətiriləcəyi hələ ki, məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az