“Suriyadakı neft bizimdir, istədiyimizi edə bilərik” - Tramp

“Suriyadakı neft bizimdir, istədiyimizi edə bilərik” - Tramp

4 Dekabr 2019 18:32
Bəyəndim (1) Bəyənmədim (0)

“ABŞ daha əvvəl Suriyada İŞİD terror qruplaşması tərəfindən zəbt edilən neft-qaz yataqlarını tamamilə nəzarətə götürüb”.

Oxumeni.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. “Döyüşçülər neft üzərində nəzarəti qoruyub saxlamağa çalışırdılar, ancaq onlar indi tamamilə bizim nəzarətimizdədir. Neft bizimdir və onunla istədiyimizi edə bilərik”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti Suriyanın şərqindəki neftin amerikalı hərbçilərin nəzarəti altında yerli hökumət tərəfindən emal və istifadə olunduğunu açıqlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az