"Müharibə dalğası": Ermənistan və Azərbaycan liderlərinin xanımları Qarabağ haqqında danışdılar

"Müharibə dalğası": Ermənistan və Azərbaycan liderlərinin xanımları Qarabağ haqqında danışdılar

6 Dekabr 2019 13:45
Bəyəndim (1) Bəyənmədim (0)

Oxumeni.az bbc.com-a istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan liderlərinin xanımları postsovet məkanında ən köhnə münaqişələrdən biri olan Qarabağ münaqişəsini müzakirə ediblər. Lakin heç də hamı bu addımlarda sülhə doğru addımların atılmasını görmür.

Ermənistanın və Azərbaycanın birinci xanımlarının qiyabi dialoqunda - "Bizim yeganə arzumuz Qarabağ torpağında muğamı eşitməkdir!"

Muğam orta əsrlərdə yaranmış Azərbaycan xalq musiqisinin bir növüdür.
Ermənistanın Baş nazirinin xanımı Nikol Paşinyan ona cavab verib və Əliyevanı Qarabağa qonaq qismində dəvət edib.

"Bir neçə gün əvvəl Mehriban Əliyeva "Tvitter" də yazıb ki, onların ümumi arzusu Qarabağda Muğam dinləməkdir. Amma indi mən Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm", - deyə Anna Akopyan BMT Təhlükəsizlik Şurasının qadın hüquqları haqqında 1325 qətnaməsinin müzakirəsi üzrə konfransda çıxışı zamanı bildirib.

"Əgər o dəvəti qəbul etsə, mən özüm Bakıya səfər etməyə hazıram və düşünürəm ki, bu, BMT-nin 1325 qətnaməsinin çox real və yüksək səviyyədə həyata keçirilməsi ola bilər", - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az