Parisdə “Normandiya dördlüyü”nün görüşü başa çatıb

Parisdə “Normandiya dördlüyü”nün görüşü başa çatıb

10 Dekabr 2019 00:00
Bəyəndim (1) Bəyənmədim (0)

Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün toplanan “Normandiya formatı” sammitində dörd ölkənin - Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərlərinin Yelisey sarayındakı görüşü başa çatıb.

Oxumeni.az xəbər verir ki, danışıqlar iki saatdan çox davam edib. “Normand dördlüyü” liderlərinin görüşündən sonra Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenskinin mübahisəli təbii qaz məsələsi ilə bağlı ikitərəfli görüşü gözlənilir.
Görüşdən sonra “Normand dördlüyü” ölkələrinin rəhbərlərinin iştirakı ilə mətbuat konfransı nəzərdə tutulub.
Qeyd edək ki, Şərqi Ukrayna üzrə danışıqların “Normandiya formatı” 2014-cü ilin iyunundan mövcuddur. Sonuncu görüş 2016-cı ildə müttəfiq qoşunlarının Normandiyaya çıxmasının 70 illiyi münasibətilə keçirilən tədbir çərçivəsində baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az