Tramp bu gün Lavrovu qəbul edəcək

Tramp bu gün Lavrovu qəbul edəcək

10 Dekabr 2019 17:16
Bəyəndim (1) Bəyənmədim (0)

Vaşinqtonda səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ABŞ Prezidenti Donald Trampla görüşü olacaq.

Oxumeni.az xəbər verir ki, Amerika lideri Rusiya rəsmisini dekabrın 10-da saat 14:30-da Oval kabinetdə qəbul edəcək.

Görüş mətbuata qapalı keçiriləcək. Nə qədər davam edəcəyi dəqiqləşdirilməyib.

Qeyd edək ki, Lavrov bu gün ABŞ-a səfər edib. O, saat 10:30-da dövlət katibi Mayk Pompeo ilə görüşəcək, saat 12:00-da işgüzar naharda iştirak edəcək. Daha sonra mətbuat konfransı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az