Vaşinqtonda Tramp və Lavrov arasında görüş baş tutub

Vaşinqtonda Tramp və Lavrov arasında görüş baş tutub

11 Dekabr 2019 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Oxumeni.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, Rusiya XİN rəhbəri ABŞ prezidenti ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırmayıb.

Bildirilir ki, S.Lavrov Ağ Evdən yerli vaxtla təxminən saat 15:20-də çıxıb. Beləliklə görüş təxminən 45-50 dəqiqə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az