Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

11 Dekabr 2019 11:32
Bəyəndim (1) Bəyənmədim (0)

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, rayon və şəhər təşkilatlarının nümayəndələri və Şura üzvləri Ulu Öndərin anım günü ilə əlaqədar dekabrın 11-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Oxumeni.az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülüb.

Fəttah Heydərov jurnalistlərə müsahibəsində ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu, onun siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az