Azərbaycan cəmiyyətində parlament seçkilərinə maraq yüksəkdir

Azərbaycan cəmiyyətində parlament seçkilərinə maraq yüksəkdir

16 Yanvar 2020 11:46
Bəyəndim (1) Bəyənmədim (0)

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ölkədə demokratik təsisatların daha da inkişafında yeni mərhələ olacaq.

Bu fikri Oxumeni.az-a məxsusi açıqlamasında Ukrayna Analitika Mərkəzinin rəhbəri, ekspert Aleksandr Oxrimenko söyləyib.

Onun sözlərinə görə, qeydə alınan namizədlərin çoxluğu, o cümlədən müxalifəti təmsil edən namizədlərin kifayət qədər olması cəmiyyətdə parlament seçkilərinə marağın yüksək olduğunun göstəricisidir. Eyni zamanda, Azərbaycanda demokratik və şəffaf seçki mühitinin yaradıldığının sübutudur.

“İstər müxalifət, istər iqtidar, istərsə də bitərəf namizədlər olsun, onlar Azərbaycanda yaradılan demokratik seçki mühitindən bəhrələnərək mübarizə aparmalıdırlar”, - deyə A.Oxrimenko əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az