ABŞ Ali Məhkəməsinin sədri Con Roberts Prezident Donald Trampın impiçmenti üzrə məhkəmə prosesi üçün senatorlara and içdirib

ABŞ Ali Məhkəməsinin sədri Con Roberts Prezident Donald Trampın impiçmenti üzrə məhkəmə prosesi üçün senatorlara and içdirib

17 Yanvar 2020 12:30
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Ali Məhkəməsinin sədri Con Roberts Prezident Donald Trampın impiçmenti prosesində andlıların funksiyasını yerinə yetirəcək 100 senatorun hamısına and içdirib. Robertsin özü isə yanvarın 21-də başlayacaq məhkəməyə sədrlik edəcək.

Oxumeni.az xəbər verir ki, andiçmə mərasimi impiçment barədə iki maddə Senata təqdim ediləndən sonra başlayıb və bununla da potensial olaraq Trampı vəzifədən kənarlaşdıra biləcək tarixi prosesə start verilib.

Sübutları məhkəməyə təqdim etmək həvalə olunmuş Demokratlar Partiyasından impiçment üzrə yeddi menecer maddələri Senatın iclas salonunda oxuyublar. Onlar Trampı hakimiyyətdən sui-istifadədə ittiham edərək bildirirlər ki, guya o, Ukraynanı Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden barəsində araşdırma aparmağa çağırıb və sonralar həmin məsələnin Nümayəndələr Palatasında araşdırılmasına mane olmağa cəhd göstərib.

Gözlənildiyinə görə, Senat Ağ Evə rəsmi bildiriş göndərəcək və Prezidenti ittihamlara cavab vermək üçün öz vəkilini Senata göndərməyə çağıracaq. Bu ittihamlardan hər biri üzrə hökm çıxarmaq üçün Senatdakı səslərin üçdəkisindən çoxu tələb olunur. Ekspertlərin və siyasi şərhçilərin çoxunun fikrincə, bu, ağlabatan deyil, çünki Senatdakıların çoxu məhz respublikaçılardır.

ABŞ-ın Baş Nəzarət İdarəsi də yanvarın 16-da də öz hesabatında bildirib ki, Tramp Administrasiyası ötən il Konqres tərəfindən təsdiq edilmiş Ukraynaya hərbi yardıma yox deməklə ABŞ qanunlarını pozub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az