Almaniya Kansleri Angela Merkel Türkiyəyə səfər edəcək

Almaniya Kansleri Angela Merkel Türkiyəyə səfər edəcək

17 Yanvar 2020 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Kansleri Angela Merkel yanvarın 24-də Türkiyəyə səfər edəcək və İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

Oxumeni.az Almaniya mətbuatına istinadla xəbər verir ki, bu barədə AFR hökumətinin nümayəndəsi Şteffen Zaybert brifinqdə məlumat verib.

“Kansler Davosa səfərini başa çatdırdıqdan sonra cümə günü, yanvarın 24-də İstanbula gedəcək, orada Türkiyə Prezidenti Ərdoğanla danışıqlar olacaq”, - deyə Zaybert bildirib. Onun sözlərinə görə, Merkelin səfər proqramına Ərdoğanla birlikdə Almaniya-Türkiyə Universitetinin yeni kampusunun acılışı, biznes və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az