Trampa qarşı təzyiq artır

Trampa qarşı təzyiq artır

22 Yanvar 2020 09:41
Bəyəndim (0) Bəyənmədim (4)

Senatda Trampın "ABŞ-ın milli təhlükəsizliyinə xələl gətirmə və Prezident andına xəyanət" səbəbiylə vəzifəsindən azad edilməsinə dair məhkəməsi prosesi bu gün başlayıb.

Oxuməni.az bunu xarici KİV-lərə istinadən xəbər verir.

ABŞ Senatının əksəriyyət lideri respublikaçı Mitç Makkonel Senatda ABŞ prezidenti Donald Trampın mühakimə olunmasının əsas prosedurlarını özündə cəmləşdirən qanun layihəsini elan edib.

Senat bu gündən etibarən gündə 12 saat xidmət edəcək və hər iki tərəfə öz arqumentlərini senatorların qarşısında təqdim etmək üçün iki gün vaxt veriləcəkdir.

Tərəflərin müdafiəsindən sonra “münsiflər heyəti” kimi çıxış edən senatorlar iddiaçı və müdafiə tərəflərinə suallarını verəcəklər.

Qeyd edək ki, 100 yerlik ABŞ Senatında Trampın Respublikaçıları 53 yerlik səs çoxluğuna sahibdirlər.

Oxuməni.az