Tramp İsrail üçün yeni sərhədlər müəyyənləşdirir

Tramp İsrail üçün yeni sərhədlər müəyyənləşdirir

28 Yanvar 2020 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin baş naziri Binyamin Netanyahunun Ağ Evə səfəri çərçivəsində ABŞ prezidenti Donald Tramp İsrail və Fələstin ilə bağlı təqdim edəcəyi planın sülh üçün bir şans olduğunu bildirib.

Oxuməni.az “Jeruslalem Post”-a istinadən xəbər verir ki, Tramp bu planı hər iki tərəfə təqdim edəcəyini qeyd edib.

“Bu sülh üçün bir imkandır. Baxaq görək plan yetərli olacaqmı. Belə olarsa əla. Olmasa da problem yoxdur”, - D.Tramp qeyd edib.

Həmçinin Tramp İsrailin yeni sərhədlərinin xəritəsini təqdim etmək istəyir.

ABŞ prezidenti bu məsələdə fələstinlilərin dəstəyinə ümid edir.

Oxuməni.az