Manafın qızı biznesmen olan ikinci ərindən də ayrıldı

Manafın qızı biznesmen olan ikinci ərindən də ayrıldı

21 Avqust 2019 17:33
Bəyəndim (0) Bəyənmədim (0)

Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan da ayrılıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, müğənninin kürəkəni bu gün keçmiş xanımı ilə Bakı Apleyasiya Məhkəməsində üz-üzə gəliblər. Gərgin keçən prosesdə məhkəmə müğənninin qızının xeyirinə qərar çıxarıb.

İş adamı olan Taleh Hüseynov məhkəmədən sonra sosial şəbəkədə canlı yayıma çıxaraq iddialı fikirlər səsləndirib. O, 2015-ci ildə ailə qurduğu Səmayə ilə evliliklərinin cəmi 2 il çəkdiyini bildirib.

Müğənninin qızında psixi pozğunluq olduğunu qeyd edən qarşı tərəf, Səmayənin səhhəti ilə bağlı olaraq övladları olmadığı üçün ayrılmaq qərarı verdiyini deyib:

"Övladımız olmadığı üçün biz ayrılmışıq. Sadəcə şər, böhtan atırlar ki, "Niyə qızımı boşadın, niyə belə elədin?". Hamısı əsassız iddialardır. İndi məni veriblər Apelyasiya Məhkəməsinə. Güya ki, mən elə-belə evlənmişəm, boş yerə. Güya mən bunları aldatmışam. Mənim aldığım qızılları Manaf Ağayevin qızı özü ilə aparmışdı. İndi də deyilər o qızıllar səndədir".

İki il yarımdır ayrıldıqlarını bildirən Taleh, artıq 2 ildir ki, məhkəmələrdə qaldığını qeyd edib. Manaf Ağayevin keçmiş kürəkəni boşandıqdan sonra cehizlərini olduğu kimi ata evinə "yola salsa" da ondan bunun üçün 150 min manat tələb etdiklərini sözlərinə əlavə edib.

Vəkili isə Almaniyada işini-gücünü atıb, uzun zamandır məhkəmələrdə vaxt itirdiyi üçün Manaf Ağayevin ailəsinə 250 min manatlıq təzminat "davası" açdıqlarını bildirib:

"Taleh Hüseynovun bu vaxta qədər işlərinin arxasınca gedə bilməməsi və orada olan biznesi ilə məşğul olmamasına görə, itirdiyi vaxta və dəymiş maddi, mənəvi ziyana görə tərəfimizdən 250 min manatlıq bir təzminat davası açılıb və biz bunun arxasınca axıracan gedəcəyik".

Qeyd edək ki, Taleh M.Ağayevin qızının ikinci həyat yoldaşı olub. Səmayə xanım 2010-cu ildə ailə qurmuş və ayrılmışdı. Müğənni keçmiş kürəkəni Orxanın narkotik maddə aludəçisi olduğunu bildirmişdi.

Ətraflı videoda:

https://daytube.az/contents/videos_screenshots/86000/86385/283x159/1.jpg