Usik revanş görüşündə Fyurini məğlub edərək boks üzrə dünya çempionu titulunu qoruyub
Ağır çəkili boks üzrə dünya çempionu ukraynalı Aleksandr Usik Səudiyyə Ərəbistanında revanş döyüşündə qalib gələrək, britaniyalı Tayson Fyuri üzərində ikinci qələbəsini qazanıb və məğlubiyyətsiz qalıb.
Əvvəllər tarixi adlandırılan döyüşdə iştiraka görə aralarındakı boksçular rekord qonorar alacaqlar: 190 milyon dollar.
Prezident Vladimir Zelenski də daxil olmaqla, Ukrayna siyasətçiləri və hərbi rəsmiləri Usikin qələbəsinə sevinclə reaksiya verib, bunu bütün ölkənin qələbəsi ilə müqayisə ediblər.
12 raundun yekunlarına görə, hakimlər yekdilliklə qələbəni Usıkə veriblər: 116-112.
Döyüş ukraynalı boksçuya rinqdə 23-cü qələbəsini qazandırıb. O, üç çempionluq kəmərini qoruyub və məğlubiyyətsiz qalıb.
Bu, 37 yaşlı ukraynalı Usiklə qaraçı kralı ləqəbli 36 yaşlı britaniyalı Fyurinin rinqdə ikinci görüşü olub.
Birincisi 2024-cü ilin mayında orada, Səudiyyə Ərəbistanında baş tutub. Ukraynalı boksçu bölünmüş qərarla qalib elan edilib. Fyuri məğlubiyyəti etiraf etməyib. Usiklə görüşə qədər heç bir döyüşdə uduzmamışdı və 34 qələbə üçün cəmi bir heç-heçə əldə etmişdi.
Boksçu qələbəni anasına və "Ukraynanın bütün analarına" həsr edib. O, həmçinin İvan Mazepanın 17-ci əsrə aid qılıncını rinqə çıxarıb. Beləliklə, Usikin komandası izah etdi ki, o, dünyaya "üç yüz il əvvəl Ukraynanın rus işğalçılarından azadlığı uğrunda vuruşan" hetmanı xatırladıb.
Usik əsas boks təşkilatlarından - IBF, WBO, WBA və WBC-dən dörd çempionluq kəməri toplayaraq 1999-cu ildən bəri ilk mütləq ağır çəki çempionu oldu.
Almaz Həsənli