“Real Madrid” futbol tarixində rekord gəlir əldə edib
İspaniyanın "Real Madrid" klubu tarixdə ildə bir milyard avrodan çox qazanan ilk futbol klubu olub. Komanda "Mançester Siti"ni qabaqladı və “Football Money League”sının reytinqində yeni lider oldu. Bu barədə Oxuməni.az “Sky News”a istinadən xəbər verir.
Qeyd olunur ki, 2023-2024-cü il mövsümündə "Real Madrid"in matçlardan əldə etdiyi gəlir "Santyaqo Bernabeu" stadionunun yenidən qurulmasından sonra iki dəfə artıb. Onlar 248 milyon avro təşkil edib.
Nəşr vurğulayır ki, klub həm də “HP”-dən köynəklərin qollarında yeni sponsorluq və suvenir satışlarının artması hesabına kommersiya gəlirlərini 19% artırıb ki, bu da daha 482 milyon avro gəlir gətirib.
Ümumilikdə, “Real Madrid” ötən mövsüm 1,045 milyard avro qazanıb. Həmin dövrdə “Mançester Siti”nin gəliri 837 milyon avro təşkil edib.
İlk üçlüyü “Pari Sen-Jermen” qapayır. Nəşr diqqəti onun gəliri 800 milyon avrodan çox olan ilk onluğa daxil olan yeganə Fransa klubu olduğuna diqqət çəkib.
İngiltərənin "Mançester Yunayted"i illik 769 milyon avroya yaxın gəlirlə dördüncü yerdədir. Klub 764 milyon avro gəlirlə "Bavariya"nı qabaqlayır.
Nəşr UEFA turnirlərində iştirakın klubların gəlirləri üçün həlledici olduğunu vurğulayıb. Məsələn, İtaliyanın “Yuventus” klubu maliyyə feyr-pley qaydalarını pozduğuna görə Avropa oyunlarından kənarlaşdırıldıqdan sonra “Football Money League”sının reytinq cədvəlində 11-ci yerdən 16-cı yerə düşüb.
Almaz Həsənli