Adam Kadırov 10 gündə ikinci medala layiq görülüb

Adam Kadırov 10 gündə ikinci medala layiq görülüb

21 May 16:22
Bəyəndim (2) Bəyənmədim (0)

Çeçenistan rəhbəri Ramzan Kadırovun azyaşlı oğlu, regional Təhlükəsizlik Şurasının katibi Adam Kadırov 10 gün ərzində ikinci OMON medalı ilə təltif edilib. Bu məlumat, “Qroznı” Dövlət Televiziya və Radio Yayımları Şirkətinin İnstaqramdakı dərcindən sonra yayılıb.
Nəşrin məlumatına görə, 17 yaşlı Kadırov döyüş tapşırıqlarını yerinə yetirməkdə köməklik göstərdiyinə görə “Axmat-Krepost” bölməsindən medal alıb.
“Qroznı” Dövlət Televiziya və Radio Yayımları Şirkəti həmçinin qeyd edir ki, mükafata səbəb Adam Kadırovun “Rosqvardiya bölmələrinin inkişafına mühüm töhfəsi” olub. Mükafatı ona “Axmat-Krepost”un rəhbəri, Çeçenistan rəhbərinin əmisi oğlu Abdul-Kərim Kadırov təqdim edib.
Mayın 12-də Adam Kadırov “Axmat-Qroznı” OMON-un 25 illiyi münasibətilə xatirə medalı ilə təltif edilib. Medalın nəyə görə verildiyi açıqlanmır. Bu, artıq Çeçenistan rəhbərinin oğlunun aldığı on yeddinci mükafatdır.
Aprelin 23-də isə 17 yaşlı Adam Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi oldu.

Almaz Həsənli