
Karlos Alkaras Yannik Sinnerlə gərgin matçda “Rolan Qarros” titulunu qoruyub
İspaniyalı tennisçi Karlos Alkaras bazar günü Fransa Açıq çempionatının finalında italiyalı Yannik Sinneri məğlub edərək, ardıcıl ikinci il “Rolan Qarros” çempionu olub.
Alkaras, ispaniyalının ilk iki setdə uduzduğu, lakin sonrakı üç setdə qalib gəldiyi son dərəcə gərgin matçda mövsümün ikinci Böyük Dəbilqə çempionluğunu qazandı. İkinci, dördüncü və son setlərin nəticəsi tay-brekdə həll olundu və dördüncü setdə Alkaras ardıcıl üç matç xalını (maç point) qoruya bildi.
Final matçının yekun hesabı: 4:6, 6:7 (4), 6:4, 7:6 (3), 7:6 (2).
Oyun 5 saat 29 dəqiqə davam edib ki, bu da “Rolan Qarros” tarixinin ən uzun final matçı üçün rekorddur.
22 yaşlı ispaniyalının hazırda Böyük Dəbilqə turnirlərində (US Open 2022, Wimbledon 2023 və 2024, France Open 2024 və 2025) 5 qələbəsi var.
Almaz Həsənli