
Bakıda keçiriləcək “Formula 1” anım günü ilə əlaqədar təxirə salınıb
“Formula 1” və Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2026-cı il Azərbaycan Qran Prisinin tarixini təxirə salmaq barədə razılığa gəliblər. Bu barədə “Haqqin.az” məlumat yayıb.
Yarış bazar günü, sentyabrın 27-də baş tutmalı idi. Lakin "Azərbaycan promouterinin və müvafiq dövlət maraqlı tərəflərinin xahişi ilə “Formula 1” və FIA 2026-cı il Azərbaycan Qran Prisini şənbə, sentyabrın 26-na keçirmək barədə razılığa gəliblər", - “Formula 1”-in bəyanatında deyilir.
Bildiyiniz kimi, 27 sentyabr Azərbaycanda İkinci Qarabağ müharibəsi şəhidlərinin anım günüdür.
2025-ci ildə Azərbaycan Qran Prisi sentyabrın 21-də keçiriləcək.
Oxuməni.az
Digər xəbərlər