
“Opta” superkompüteri “Çelsi”-ni Klublararası Dünya Çempionatını qazanmağa əsas namizəd kimi göstərib
“Opta” superkompüteri 1/8 final mərhələsinin başa çatmasından sonra komandaların 2025-ci il Klublararası Dünya Çempionatında qalib olmaq şanslarını qiymətləndirib. Oxuməni.az xəbər verir ki, bu barədə “Opta Analyst” məlumat yayıb.
Belə ki, İngiltərənin "Çelsi"sinin qələbə ehtimalı 26,8%, Fransanın "Paris Sen-Jermen"i - 24,9%, İspaniya "Real Madrid"inin isə 16,9% hesablanıb. Ən aşağı şanslar braziliyalı “Fluminense” (1,5%) və “Palmeiras” (3%) komandalarıdır.
Superkompüter hesab edir ki, “Çelsi” “Palmeyras”la qarşılaşacağı 1/4 finala (74,8%) keçmək üçün digərlərindən daha inamlı olacaq. 1/4 finalda “Fluminense” və Səudiyyə Ərəbistanının “Əl-Hilal”, PSJ və Almaniyanın “Bavariya”, “Real Madrid” və Almaniyanın “Borussiya Dortmund” klubları mübarizə aparacaq.
Almaz Həsənli