
“Real” Madrid forma reklamından ən çox gəlir əldə edən klubdur
İspaniyanın vitse-çempionu “Real” Madrid futbol klubları arasında mövsümdə forma reklamından ən çox gəlir əldə edir, “Marca” yazır.
Kral Klubu texniki sponsor “Adidas”-dan 120 milyon avro, titul sponsoru “Emirates”-dən 70 milyon avro və sponsor “HP”-dən 70 milyon avro alır. Barselona “Nike”-dan 105 milyon avro, “Spotify”-dən 70 milyon avro, “Ambilight TV”-dən 8 milyon avro, “PSJ” isə “Nike”-dan 90 milyon avro, “Qatar Airways”-dən 70 milyon avro və “GOAT”-dan 10 milyon avro alır.
1. “Real” Madrid (120 milyon avro, 70 milyon avro, 70 milyon avro).
2. “Mançester Siti” (115 milyon avro, 74 milyon avro, 21,5 milyon avro).
3. “Mançester Yunayted” (105 milyon avro, 70 milyon avro, 25 milyon avro).
4. “Barselona” (105 milyon avro, 70 milyon avro, 8 milyon avro).
5. “PSJ” (90 milyon avro, 70 milyon avro, 10 milyon avro).
Qeyd edək ki, İspaniya La Liqasında köynəkdə beş yerə qədər (şortdan əlavə) reklam üçün icazə verilirsə, digər çempionatlarda, məsələn, İtaliya A Seriyasında dörd yerə icazə verilir. Ancaq eksklüzivlik daha bahadır, buna görə də bir çox klubların onlara böyük məbləğlər ödəyən yalnız bir sponsoru var.
Almaz Həsənli