
Messi Liqa Kuboku matçında “Atlas” oyunçusunu sillələyib
"İnter Mayami"nin hücumçusu Lionel Messi Liqa Kuboku matçı zamanı "Atlas"ın yarımmüdafiəçisi Serxio Ernandesi sillələyib.Bu barədə Oxuməni.az “Sportbox.ru”ya istinadla xəbər verir.
Fort- Loderdeyldə keçirilən qarşılaşma 2:1 hesabı ilə "İnter Mayami"nin xeyrinə başa çatıb.
Matçın epizodlarından birində Ernandeslə “Qızıl top”un 8 dəfə qalibi arasında söz davası olub, daha sonra argentinalı “Atlas” komandasının oyunçusunun üzünə əlini qoyub və ona şillə vurub.
Messi bu matçda iki məhsuldar ötürmə edib.
Almaz Həsənli
Digər xəbərlər