Zlatan İbrahimoviç İsveçdə ilin futbolçusu seçilib
İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç növbəti titulunu qazanıb.
Veteran hücumçu İsveçdə ilin futbolçusu seçilib.
39 yaşlı forvard İsveçdə “Qızıl top”a 12-ci dəfə yiyələnib. İlk dəfə 2005-ci ildə bu mükafata sahib çıxan Zlatan 2007-16-cı illərdə ardıcıl 10 dəfə bu uğura imza atıb.
Oxuməni.az
Digər xəbərlər