Masallı sakininin evi yanaraq külə dönüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, Masallı rayonunun Qızılağac kənd sakini, 1966-cı il təvəllüdlü Arif Fəyyaz oğlu İbrahimova məxsus ümumi sahəsi 75 kvadratmetr olan fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti ilə iki yanğınsöndürən maşını səfərbər olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin və qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, birmərtəbəli iki otaqlı evin 1 otağı içərisindəki əşyalarla və dam örtüyünün yanar konstruksiyaları 45 kv.m sahədə yanaraq yararsız hala düşüb. İlkin versiya kimi yanğının elektrik naqillərinin qısaqapanması nəticəsində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
O.M.














































.jpg)















































