Qaradağ rayonunda Baş Ələt dəmiryol stansiyasına məxsus tikili və transformator yandı
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda Baş Ələt dəmiryol stansiyasına məxsus ümumi sahəsi 80 kv.m olan yarımstansiya yerləşən tikilinin dam örtüyünün yanar konstruksiyaları və gücü 630 kVt olan transformatorun yanar hissələri yanmışdır. Tikilidə olan digər transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər














































.jpg)















































