Qaxın Dəymədağlı kəndinə qaz verilib

Qaxın Dəymədağlı kəndinə qaz verilib

26 Dekabr 2012 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Qax rayonunun Dəymədağlı kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İB-nin və Qax rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə bildirilib ki, 170 abonenti olan Dəymədağlı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 9 500 metr olan müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 170 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

O.M.