28 dekabr - “Beynəlxalq Kino Günü”dür

28 dekabr - “Beynəlxalq Kino Günü”dür

28 Dekabr 2012 08:47
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün SSRİ xalq artisti Zeynəb Xanlarovanın 76 yaşı tamam olur

Bu gün 2012-ci ilin 28 dekabrıdır. Qriqori təqviminə görə, ilin 362-ci günüdür. Deməli, ilin sonuna cəmi 3 gün qalıb. Bu günü əlamətdar edən bir çox hadisələr var.

1612-ci ilin bu günündə Qaliley Neptun planetini kəşf edib, lakin onun ulduz olduğunu zənn edib.

1308-ci ildə Hanazononun başçılığı altında Yapon İmperiyası qurulub.

1846 cı ilin 28 dekabrında Ayova ABŞ-ın 29-cu ştatı olub.

1991-ci ildə Türkiyədə ilk kürd dilli qəzet "Rojname" nəşrə başlayıb.

1999-cu ildə Azərbaycanda Dövlət Neft Fondu təsis edilib.

1936-ci ilin 28 dekabrında dünya şöhrətli Zeynəb Xanlarova dünyaya gəlib.

Bu gün həmçinin İspaniyada Gülüş Günü kimi qeyd olunur. Bütün dünya isə bu günü "Beynəlxalq Kino Günü" adlandırır. 1895-ci ilin məhz 28 dekabr günündə Parisin Kapusinok bulvarında yerləşən "Qran kafe" hind salonunda "Lümye qardaşlarının sinemotoqrafı" nümayiş etdirildi. Foto şəkillərin sürətli dəyişməsi ilə hərəkət effekti alındı ki, bu da kinematoqrafiyanın yaranması demək oldu.

Könül Aypara

O.M.