Türkiyədə Azərbaycan dövlət nömrəli nişanlı avtomobil qəzaya uğrayıb
Türkiyə vətəndaşı Azərbaycan dövlət nömrəli nişanlı avtomobillə Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda qəza törədib.
DHA-nın verdiyi məlumata görə, sürücü idarəetməni itirib və avtomobili baryerlərə çırpıb. Qəza nəticəsində avtomobilin sürücüsü 47 yaşlı Bülənt Yiğit, onun həyat yoldaşı Züleyxa Yiğit və 3 uşağı yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.
Mediainfo.az
Digər xəbərlər





















.jpg)








































































