Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirlər görülür
Əsir və İtkin düşmüş, Girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.
Bu barədə Dövlət Komissiyasından bildirilib.
"Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə, Komissiyanın məlumatında bildirilib.
Mediainfo.az
Digər xəbərlər














































.jpg)















































