Qar yağacaq, yollar buz bağlayacaq XƏBƏRDARLIQ

Qar yağacaq, yollar buz bağlayacaq XƏBƏRDARLIQ

10 Fevral 2017 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. ETSN-in Milli Hidrometeorologiya Departamentindən KİV-ə verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 14-ü gündüzədək davam edəcək.

Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Mediainfo.az