Avtomobil uşağını məktəbə aparan qadını vurub, sürücü qaçıb

Avtomobil uşağını məktəbə aparan qadını vurub, sürücü qaçıb

14 Fevral 2017 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda avtomobil övladını məktəbə aparan qadını vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Zabrat qəsəbəsində 1992-ci il təvəllüdlü Qarayeva Sahilə Şəmsəd qızı 307 saylı orta məktəbə qız övladını apararkən onu avtomobil vuraraq ərazidən uzaqlaşıb. S.Qarayeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15 -ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

S.Qarayeva ilkin ifadəsində bildirib ki, onu avtomobillə vuran sürücü qadının ünvanına nəlayiq ifadələr işlədib və ərazidən uzaqlaşıb.

Mediainfo.az