Azərbaycanda sürücü şairəni öldürüb qaçdı

Azərbaycanda sürücü şairəni öldürüb qaçdı

23 Fevral 2017 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisində baş verib. Xırdalan şəhər sakini, 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurub.

Dəstəgül Zamanlı (Şəmiyeva) şairə olub.

Onu vuran sürücü hadisə yerindən qaçıb.

D.Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az