Əl-Babda dəhşətli terror: 60 ölü, 100-dən çox yaralı

Əl-Babda dəhşətli terror: 60 ölü, 100-dən çox yaralı

24 Fevral 2017 15:52
Bəyəndim (0) Bəyənmədim (0)

İŞİD-in Əl-Baba yaxın Süsyan kəndində törətdiyi terrorda həlak olanların sayı artır.

Türkiyə KİV-in yaydığı son məlumata görə, bombalı maşının partlaması nəticəsində çoxu mülki şəxs olmaqla 60 nəfər həlak olub, 100-dən çox adam yaralanıb.

* * *

Suriyanın qərbindəki Əl-Bab şəhəri yaxınlığında güclü partlayış baş verib.

Əl-Cəzirə telekanalı bildirir ki, Süsyan kəndində terrorçu-intiharçı minalanmış avtomaşını partladıb. Nəticədə 45 nəfərə qədər adam həlak olub, onlarla yaralı var.

Güman edilir ki, partlayışda terror qruplaşması "İslam dövləti"nin "əli" var.

Onu da qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müxalif "Azad Suriya Ordusu" Əl-Babın böyük hissəsinə nəzarəti ələ alıb.

Mediainfo.az