Yol qəzasında ölən tələbələrin adları məlum olub
Bakı-Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrin adları məlum olub.
Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazıxanım Cəlilli "Report"a açıqlamasında bildirib ki, hadisə nəticəsində universitetin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim ölüb.
Qəza nəticəsində xəsarət alan və 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1999-cu il təvəllüdlü Canıyev Rəşad xəstəxanada dünyasını dəyişib. Mərkəzdən bildirilib ki, o, qəza nəticəsində ağır kəllə-beyin tramvası alıbmış.
Qeyd edək ki, bu gün səhər Bakıdan Sumqayıt istiqamətində gedən "Ford" markalı mikroavtobusun yolunun kənarındakı dəmir yolayrıcına çırpılması nəticəsində ağır yol qəzası baş verib.
Mediainfo.az














































.jpg)















































