15 yaşlı sürücü maşını aşırıb, özü və nənəsi ölüb

15 yaşlı sürücü maşını aşırıb, özü və nənəsi ölüb

9 Mart 2017 16:24
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndindən keçən hissəsində qeydə alınıb.

"Niva" markalı avtomobilin aşması nəticəsində avtomobili idarə edən 2002-ci il təvəllüdlü Elzaməddin Vəliyev və onun nənəsi, 1954-cü il təvəllüdlü Vəzifə Vəliyeva hadisə yerində ölüblər.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az