DİQQƏT! Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır
Bu gün axşam saatlarınadək Xəzər rayonu Heydər Əliyev prospektinin "Binə" yol qovşağından "Mərdəkan" yol qovşağınadək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Bu barədə ""Azəravtoyol" ASC-dən məlumata verilib.
Məlumata görə, bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılır.
Qeyd edək ki, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
Mediainfo.az
Digər xəbərlər














































.jpg)















































