İyulda ilan sancması halları xeyli artıb

İyulda ilan sancması halları xeyli artıb

28 İyul 2017 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

İyul ayında Azərbaycanda qeydə alınan ilan, əqrəb və qaraqurd sancması hallarının sayı açıqlanıb.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib ki, iyul ayında 17 nəfər ilan sancması ilə əlaqədar mərkəzə müraciət edib.

Onun sözlərinə görə, həmin şəxslərdən 9 nəfər xəstəxanaya qəbul edilib: "Mərkəzə yerləşdirilənlərdən bir nəfərin vəziyyəti kəskin ağır, digərlərinin orta-ağır olub. Müraciətlər əsasən Xəzər, Qaradağ, Şamaxı, Tovuz, Yevlax və digər ərazilərdən gəlib. İlan sancması nəticəsində ölüm halı baş verməyib. Yay mövsümü başlayandan bu günə qədər ümumilikdə 30-a yaxın ilan sancması hadisəsi qeydə alınıb. Ölkədə havalar normal keçdiyindən ötən ilin müvafiq dövrü ilə müqayisədə ilan sancmalarında artım qeydə alınmayıb".

A. Maqsudov əlavə edib ki, iyul ayında xəstəxanaya əqrəb sancması ilə bağlı 3 nəfər, qaraqurd sancması ilə bağlı isə 2 nəfər qəbul edilib.

Mediainfo.az