İşğalçı Ermənistan ordusu yenidən atəşkəsi pozdu
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistan ordusunun bölmələri mayın 22-də saat 09.40-dan 10.00-dək Füzuli rayonunun Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15.00-dan 15.25-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, mayın 23-də 06.00-dan 06.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.40-dan 04.00-dək Ermənistan Respublikasının Noyanberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər