Qaxda minik avtomobili ağaca çırpılaraq yandı
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün gecə saatlarında Qax rayonu, Böyük Alatəmir kəndində "Mercedes" markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş vermişdir. Nəticədə avtomobilin yanar hissələri yanmışdır. Ərazidəki ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər














































.jpg)
















































