Azərbaycanda 04 dekabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 48 cinayət faktı qeydə alınmış, onların da 37-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 9 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.
Qaraçuxur qəsəbə sakini Saməddin Bəbirova bıçaqla xəsarət yetirmiş Kənan Hüseynzadə tutulmuşdur
04.12.2012
Dekabrın 4-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində, qəsəbə sakini Kənan Hüseynzadə münaqişə zəminində həmyerlisi Saməddin Bəbirova bıçaqla xəsarət yetirmişdir. K.Hüseynzadə Suraxanı RPİ 32-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.
Quldurluq etmiş Bakı şəhər sakini Həmid Məmmədov tutulmuş, qrupun digər üzvlərinin tutulması üçün tədbirlər davam etdirilir
04.12.2012
Dekabrın 4-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki parkda, 3 naməlum şəxs qəsəbə sakini Toğrul Məmmədliyə qarşı zor tətbiq edərək mobil telefonu ondan almışdır. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Həmid Məmmədov tutulmuş, qrupun digər üzvlərinin tutulması üçün tədbirlər davam etdirilir.
Qusar rayonunun Hil kəndi ərazisində yol-nəqliyyat hadisəsi
04.12.2012
Dekabrın 4-də saat 16.00 radələrində Qusar rayonunun Hil kəndi ərazisində, kənd sakini Ruslan Xəlilovun idarə etdiyi "VAZ-2107" və rayon sakini Bəxtiyar Sultanovun idarə etdiyi "QAZ-31029" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış R.Xəlilov və sərnişinləri xəstəxanaya yerləşdirilmişlər. Sərnişinlərdən biri - Nazxanım Bəkirova orada ölmüş, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.
Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
04.12.2012
Dekabrın 4-də saat 21.10 radələrində Xətai rayonu ərazisində, Lənkəran rayon sakini Vidadi Əkbərov "Audi Q-7" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Zahid Cəfərovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Biəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
04.12.2012
Dekabrın 4-də saat 18.00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Elçin İbadov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Quba rayon sakini Sayat Rəcəbova ağacdan özünü asmışdır
04.12.2012
Dekabrın 4-də Xaçmaz şəhərinin ərazisindəki istirahət parkında, Quba rayon sakini Sayat Rəcəbova ağacdan özünü asmışdır.
Avtomaşın qaçırmış Bərdə rayon sakini Rüstəm Mustafayev avtomaşınla birgə saxlanılmışdır
04.12.2012
Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər və Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-də Nahid Mütəllimova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Bərdə rayon sakini Rüstəm Mustafayev avtomaşınla birgə saxlanılmışdır.
Oğurluq etmiş Bakı şəhər sakini Əmrah Nağıyev, Teymur Əliyev və Arif Ədilov tutulmuşlar
04.12.2012
Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-də Əzizağa Həmzəyevə məxsus çayxananın həyətindən 2 ədəd pəncərə və 2 ədəd qapı oğurlamış Bakı şəhər sakini Əmrah Nağıyev, Teymur Əliyev və Arif Ədilov tutulmuşlar.
Oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakini Əli Səmədovun digər cinayət əməlləri də müəyyən edilmişdir
04.12.2012
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il noyabrın 30-da Elçin Qəhrəmanovun evindən oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakini Əli Səmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin oktyabr, noyabr və dekabr ayları ərzində İbrahim Qollacovun həyətindən məişət əşyaları, Gülnarə Acalovanın evindən 1 ədəd televizor, Məqsəd Abdullayevin evindən 1 ədəd televizor, Kazım Quliyevin evindən 1 ədəd televizor və spirtli içkilər, Vüqar Əzizovun evindən 1 ədəd su qızdırıcısı və İzzət Hüseynovun evindən 1 ədəd televizor oğurlaması da müəyyən edilmişdir.
İsa Hüseynovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Lökbatan qəsəbə sakini Aydın Qəhrəmanov tutulmuşdur
04.12.2012
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-də İsa Hüseynovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Aydın Qəhrəmanov tutulmuşdur.
100 metr uzunluğunda elektrik naqili oğurlanmış Samux rayon sakini Əli Hüseynov tutulmuşdur
04.12.2012
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-də Müşfiq qəsəbəsi ərazisindəki "Akkord" şirkətlər qrupuna məxsus yeni tikilmiş binadan 100 metr uzunluğunda elektrik naqilini oğurlanmış Samux rayon sakini Əli Hüseynov tutulmuşdur.
Oğurluq etmiş Bakı şəhər sakinləri Səxavət Şəfiyev, Tural Qasımov tutulmuşlar
04.12.2012
Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il noyabrın 8-də Mahir Quliyevə məxsus mağazadan 800 manat pul, danışıq kartları, tütün məmulatı və görüntü kamerasını, dekabrın 1-də Səfərəli Tarverdiyevin mənzilindən isə 1 ədəd videokamera, parfümeriya və ev əşyalarını oğurlamış Bakı şəhər sakinləri Səxavət Şəfiyev, Tural Qasımov tutulmuşlar.
Avtomaşını qaçırmış Bakı şəhər sakinləri Tural Qasımov, Murad Rüstəmov və Əliyar Məhərrəmov tutulmuşlar
04.12.2012
Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il noyabrın 5-də Səxavət Seyidova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Bakı şəhər sakinləri Tural Qasımov, Murad Rüstəmov və Əliyar Məhərrəmov tutulmuşlar.
Mağazadan pul və tütün məmulatı oğurlamış Masallı rayon sakini Sadıqov Qiyaməli tutulmuşdur
04.12.2012
Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il noyabrın 18-də Nahid Rəşidova məxsus mağazadan 2393 manat pul və tütün məmulatı oğurlamış Masallı rayon sakini Sadıqov Qiyaməli tutulmuşdur.
Oğurluq etdiyinə görə tutulmuş Bərdə rayon sakini Səyyaf Əliyevin digər cinayət əməlləri də müəyyən edilmişdir
04.12.2012
Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-də Rahib Kərimovun evindən məişət əşyalarını oğurlamış rayon sakini, əvvəllər məhkum olunmuş Səyyaf Əliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin noyabr ayının 22-də və 29-da rayon sakinləri Şakir Həsənovun evindən ev əşyaları, Könül Həmidovanın evindən 1 ədəd qaz sobası, dekabrın 2-də isə Mübariz Əsədovun evindən qızıl əşyaları oğurlaması da müəyyən edilmişdir.
Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Mahmud Məmmədov tutulmuşdur
04.12.2012
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il sentyabrın 27-də Fatma Abdullayevanın evindən 1 ədəd kompüter və qızıl əşyaları oğurlamış Gəncə şəhər sakini Mahmud Məmmədov tutulmuşdur.
Dəm qazı və dərmandan zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər
04.12.2012
Dekabrın 4-də Sumqayıt şəhər sakini Sabah Hümbətova, Abşeron rayon sakinləri İsa Mustafayev, Əziz Süleymanova və onun qızı Ayşə, Gəncə şəhər sakinləri Nəzakət Məmmədova evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.
Binəqədi rayonu ərazisində yaşayan Rəşad Babayev dəm qazından boğularaq ölmüşdür
04.12.2012
Dekabrın 4-də Binəqədi rayonu ərazisində yaşayan Rəşad Babayev dəm qazından boğularaq ölmüşdür.
Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Eldar Hüseynov tutulmuş, digər şəxsin tutulması üçün tədbirlər davam etdirilir
04.12.2012
Dekabrın 3-də Bakının Nizami rayonu ərazisində, 2 naməlum şəxs Efraiz Məmmədova qarşı zor tətbiq edərək, ondan 221 manat pul almışdır. Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Eldar Hüseynov tutulmuş, digər şəxsin tutulması üçün tədbirlər davam etdirilir.
Lənkəran rayonunun Digah kəndi ərazisində yol-nəqliyyat hadisəsi
04.12.2012
Dekabrın 3-də saat 13.30 radələrində Lənkəran rayonunun Digah kəndi ərazisində, rayon sakini Zahir Kazımov "VAZ-2106" markalı avtomaşını idarə edərkən yolu keçən həmyerlisi Aşur Cavadovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Axtarışda olan Xəqani İbrahimov tutulmuşdur
04.12.2012
Baş Cinayət-Axtarış İdarəsi və Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sankt-Peterburq şəhər Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası CM-nin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Xəqani İbrahimov tutulmuşdur.
Bakı şəhər sakini Tahir Tağıyev tutulmuşdur
04.12.2012
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Rüfət Hacıyevə xuliqanlıq zəminində şüşə parçası ilə xəsarət yetirmiş Bakı şəhər sakini Tahir Tağıyev tutulmuşdur.
Oğurluq etmiş Bakı şəhər sakinləri Ramil Qəmbərov və Ruslan Əsgərov tutulmuşlar
04.12.2012
Nizmai RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Ulduzə Eyvazovaya məxsus "Subaru" markalı avtomaşından içərisində 1000 manat pul, 2 ədəd mobil telefon və şəxsi sənədlər olan çantanı oğurlamış Bakı şəhər sakinləri Ramil Qəmbərov və Ruslan Əsgərov tutulmuşlar.
Bakı şəhər sakini İlqar Əliyev tutulmuşdur
04.12.2012
Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Tahirə Həsənovaya qarşı zor tətbiq edərək mobil telefonu ondan almış Bakı şəhər sakini İlqar Əliyev tutulmuşdur.
Oğurluq etmiş Qusar rayon sakini Seymur Qocayev tutulmuşdur
04.12.2012
Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Ziyafəddin Saruxanova məxsus mağazadan 195 manat pul və 200 manat dəyərində danışıq kartları oğurlamış Qusar rayon sakini Seymur Qocayev tutulmuşdur.
50 metr uzunluğunda elektrik kabelini kəsərək oğurlamış Gəncə şəhər sakini Vaqif Qurbanov tutulmuşdur
04.12.2012
Dekabrın 2-də "Gəncə Şərab-2" ASC-nin ərazisində 50 metr uzunluğunda elektrik kabelini kəsərək oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Qurbanov oranın mühafizəçiləri tərəfindən tutulmuş və Kəpəz RPİ-yə təhvil verilmişdir.
O.M.














































.jpg)
















































