Bakının Yasamal yaşayış massivində yanğın baş verdi

Bakının Yasamal yaşayış massivində yanğın baş verdi

7 Dekabr 2012 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonunun Yasamal yaşayış massivində ikimərtəbəli binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 78 kv.m olan 4 otaqlı mənzilin 3 otağının yanar konstruksiyaları 36 kv.m sahədə və digər vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları yanmışdır. Digər mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

O.M.