Azərbaycanda 24 dekabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.
Quldurluq etmiş Şirvan şəhər sakini Təbriz İsmayılov saxlanılmışdır
24.12.2012
Dekabrın 24-də Nəsimi rayonu ərazisində, Bakı şəhər sakini Samir Babayevi bıçaqla hədələyərək pul verməsini tələb etmiş Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Təbriz İsmayılov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
24.12.2012
Dekabrın 24-də saat 09.00 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində, Beyləqan rayon sakini Rasim Quliyev "Daewoo" markalı avtomaşını idarə edərkən, onu yolun kənarındakı hasara vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
24.12.2012
Dekabrın 24-də saat 19.30 radələrində Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Orxan İsgəndərov vurulmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
24.12.2012
Dekabrın 24-də saat 20.20 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla 25-30 yaşlı qadın vurulmuşdur. Nəticədə həmin qadın xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
Emil Zöhrabova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Vüqar Vəliyev tutulmuşdur
24.12.2012
Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Emil Zöhrabova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Vüqar Vəliyev tutulmuşdur.
Cəlilabad rayon sakini Səyyad Qənbərovdan narkotik vasitə götürülmüşdür
24.12.2012
Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Səyyad Qənbərovdan 0,340 qram heroin və 3 kiloqram 440 qram tiryək götürülmüşdür.
1 nəfər piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin Bakı şəhər sakini Faiq Qurbanov tərəfindən törədilməsi müəyyən edilmişdir
24.12.2012
Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də 40-45 yaşlı kişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "MAN" markalı avtomaşını idarə edən Bakı şəhər sakini Faiq Qurbanov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Bakı şəhər sakini Elşən Mehdiyev tutulmuşdur
24.12.2012
Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də Ümidə Ələsgərovaya qarşı zor tətbiq edərək 53 manat pulunu, qızıl boyunbağısını və mobil telefonunu almış Bakı şəhər sakini Elşən Mehdiyev tutulmuşdur.
4 baş inək oğurlamış Tərtər rayon sakinləri Azər Əliyev və Mərdan Əliyev tutulmuşlar
24.12.2012
Yevlax RPŞ, Tərtər RPŞ və Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Bayram Hüseynova məxsus 4 baş inəyi oğurlamış Tərtər rayon sakinləri Azər Əliyev və Mərdan Əliyev tutulmuşlar.
Mobil telefon oğurlamış Balakən rayon sakini Elmira Həsənova tutulmuşdur
24.12.2012
Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də rayon sakini Pərviz Hacıyevə məxsus mobil telefonu oğurlamış Balakən rayon sakini Elmira Həsənova tutulmuşdur.
İran vətəndaşı Fərşid Rüstəmiyə bıçaqla xəsarət yetirmiş Mingəçevir şəhər sakini Orxan Sadıxov tutulmuşdur
24.12.2012
Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də İran vətəndaşı Fərşid Rüstəmiyə bıçaqla xəsarət yetirmiş Mingəçevir şəhər sakini Orxan Sadıxov tutulmuşdur.
Ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 8600 ədəd partlayıcı oyuncaqlar aşkar edilərək götürülmüşdür
24.12.2012
Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Binəqədi və Nərimanov rayonları ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 8600 ədəd partlayıcı oyuncaqlar aşkar edilərək götürülmüşdür.
Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər
24.12.2012
Dekabrın 24-də Sumqayıt şəhər sakinləri Mehriban Qədirzadə, Rafiq Məmmədov və gəlini Aygün Məmmədova, Şəfiqə Abadova və Tahir Yəhyayev mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.
Şahin Talıbovun Masallı rayon sakini Ülvi Qüdrətzadənin ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açdığı atəşdən ölməsi müəyyən edilmişdir
24.12.2012
Dekabrın 20-də Yardımlı rayonunun Ləzir kəndinin meşə zolağında, Şahin Talıbovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ölməsi barədə verilmiş məlumatla əlaqədar araşdırmalar zamanı, onun Masallı rayon sakini Ülvi Qüdrətzadənin ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açdığı atəşdən ölməsi müəyyən edilmişdir. Ü.Qüdrətzadə Yardımlı RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.
Qidadan zəhərlənmiş şəxslər xəstəxanaya gətirilmişlər
24.12.2012
Dekabrın 24-də Qazax rayon sakinləri Aynur Əliyeva, 3 azyaşlı uşaqları və qonağı Fərqanə Eyyubova qidadan (pomidor turşusundan) zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və onlara tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Quldurluq etmiş Bakı şəhər sakinləri Ümüd Sultanov və Vaqif Əsədzadə tutulmuşlar
24.12.2012
Dekabrın 24-də saat 03.00 radələrində Suraxanı rayonu ərazisində yaşayan Kəmalə Şıxıyevanın evinə girmiş maskalı 2 naməlum şəxs, bıçaqla onu hədələyərək, bacısı Sənubərə küt alətlə xəsarət yetirib, pul vermələrini tələb etmişdir. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Ümüd Sultanov və Vaqif Əsədzadə tutulmuşlar.
Quldurluq etmiş Oğuz rayon sakini Laçın Süleymanov, Xaçmaz rayon sakini Cəlil Hacıağayev və Tərtər rayon sakini Elgiz Məmmədov tutulmuşlar
24.12.2012
Dekabrın 24-də saat 01.00 radələrində Xətai rayonu ərazisində, 3 naməlum şəxs Bakı şəhər sakini İbrahim Sadıqova məxsus "Opel" markalı avtomaşına oturub, metronun "Əhmədli" stansiyasına gedəcəklərini bildirmişlər. Onlar bıçaqla İ.Sadıqovun əl nahiyəsindən xəsarət yetirib 70 manat pulunu aldıqdan sonra avtomaşından düşərək qaçmağa cəhd göstərərkən Çevik Polis Alayı və Xətai RPİ 34-cü PB əməkdaşları tərəfindən tutulmuşlar. Onların Oğuz rayon sakini Laçın Süleymanov, Xaçmaz rayon sakini Cəlil Hacıağayev və Tərtər rayon sakini Elgiz Məmmədov olmaları müəyyən edilmişdir.
Ağsu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.12.2012
Dekabrın 24-də saat 01.30 radələrində Ağsu rayonu ərazisində, İsmayıllı rayon sakini Ramil Ağamirzəyev "KamAZ" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.12.2012
Dekabrın 24-də saat 05.50 radələrində Bakının Nizami rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla 40-45 yaşlı kişi vurulmuşdur. Nəticədə həmin kişi hadisə yerində ölmüşdür.
Xızı rayonunun Dizəvər kəndi ərazisində yol-nəqliyyat hadisəsi
24.12.2012
Dekabrın 24-də saat 00.25 radələrində Xızı rayonunun Dizəvər kəndi ərazisində, Azər Abdullayev "Hummer" markalı avtomaşını idarə edərkən, onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
O.M.











































.jpg)



















































