Azərbaycanda 30 dekabrın kriminal xronikası

Azərbaycanda 30 dekabrın kriminal xronikası

31 Dekabr 2012 12:10
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 58 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınmış, onların da 29-u "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

5 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.

Samux rayonu ərazisində iki qohumuna bıçaqla xəsarət yetirmiş Daşkəsən rayon sakini C.Nəbiyev tutulmuşdur

30.12.2012

Dekabrın 30-da Samux rayonunun Qaraçanaq kəndi ərazisində Daşkəsən rayon sakini Ceyhun Nəbiyev ailə-məişət münaqişəsi zəminində bacısı Ceyrana və onun əri Vüsal Əliyevə bıçaqla xəsarət yetirmişdir. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Əliyev orada ölmüşdür. Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Nəbiyev tutulmuşdur.

Biləcəri qəsəbəsi ərazisində Ağdam rayon sakini M.Paşayevə bıçaqla xəsarət yetirmiş qəsəbə sakini Q.Orucov tutulmuşdur

30.12.2012

Dekabrın 30-da Biləcəri qəsəbəsinin ərazisində qəsəbə sakini Qabil Orucov münaqişə zəminində Ağdam rayon sakini Mahmud Paşayevə bıçaqla xəsarət yetirmişdir. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Orucov tutulmuşdur.

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi

30.12.2012

Dekabrın 30-da saat 23.05 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində Kimyaçılar qəsəbə sakini Nail Ağayarovun idarə etdiyi "İsuzu-Boqdan" markalı və Cəbrayıl rayon sakini Rasim Hüseynovun idarə etdiyi "Tavriya" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Hüseynov və sərnişini - Sumqayıt şəhər sakini Zaur Məmmədov hadisə yerində ölmüşlər. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Şəmkir rayonu ərazisində sürücü E.Həsənov idarə etdiyi avtomaşınla Gəncə şəhər sakini V.Mirzəyevi vurmuşdur

30.12.2012

Dekabrın 30-da saat 06.00 radələrində Şəmkir rayonu ərazisində Tovuz rayon sakini Elşən Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla yolu keçən Gəncə şəhər sakini Vladimir Mirzəyevi vurmuşdur. Nəticədə V.Mirzəyev hadisə yerində ölmüşdür. DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

30.12.2012

Dekabrın 30-da saat 17.30 radələrində Şəmkir rayonu ərazisində Gədəbəy rayon sakini Müzahim Yusibov idarə etdiyi "VAZ-2106" markalı avtomaşını aşırmışdır. Nəticədə M.Yusibov hadisə yerində ölmüşdür. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Suraxanı rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Şəki rayon sakini Q.Məmmədov vurulmuşdur

30.12.2012

Dekabrın 30-da saat 19.00 radələrində Suraxanı rayonu Zığ qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomaşınla Şəki rayon sakini Qurbanəli Məmmədov vurulmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Q.Məmmədov orada ölmüşdür. Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Nərimanov rayonu Ə.Rəcəbli küçəsində sürücü E.Aslanov idarə etdiyi avtomaşınla iki piyadanı vurmuşdur

30.12.2012

Dekabrın 30-da saat 17.00 radələrində Nərimanov rayonu Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini Elşad Aslanov idarə etdiyi "VAZ-21074" markalı avtomaşınla yolu keçən Sevinc Hüseynovanı və Çinarə Ağayevanı vurmuşdur. Nəticədə Ç.Ağayeva hadisə yerində ölmüş, xəsarət almış S.Hüseynovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Yasamal rayonu Yeni Dairəvi yolda müəyyən edilməmiş avtomaşınla iki piyada vurulmuşdur

30.12.2012

Dekabrın 30-da saat 23.00 radələrində Yasamal rayonu Yeni Dairəvi yolda müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakinləri Sənan Əsgərov və Səftər Həsənov vurulmuşlar. Nəticədə xəsarət almış S.Əsgərov və S.Həsənov xəstəxanaya yerləşdirilmişlər. Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Göygöl rayonu ərazisindəki "Sarı Su" və "Ağrı Dağ" restoranlarında əxlaqsızlıq yuvası təşkil olunması müəyyən edilmişdir

30.12.2012

DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göygöl rayonunun Toğana kəndinin ərazisindəki "Sarı Su" restoranında, orada işləyən Təranə Əhmədovanın, "Ağrı Dağ" restoranında, orada işləyən Şəmsi İsmayılovun əxlaqsızlıq yuvası təşkil etmələri müəyyən edilmişdir.

Dekabrın 9-da "Vama" MMC-nə məxsus yeni tikilmiş binadan dəmir dirəkləri oğurlamaqda şübhəli bilinən Q.Bağırov tutulmuşdur

30.12.2012

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da Nəsimi küçəsindəki "Vama" MMC-nə məxsus yeni tikilmiş binanın birinci mərtəbəsindən 15.500 manat dəyərində 800 ədəd dəmir dirəkləri oğurlayıb hadisə yerindən qaçmaqda şübhəli bilinən Qulu Bağırov tutulmuşdur.

Sumqayıt şəhərindəki iki mağazadan oğurluq etməkdə və bir mağazanın qapı şüşəsini daşla sındırmaqda şübhəli bilinən A.Abışov tutulmuşdur

30.12.2012

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 19-da İlham Abdullayevə məxsus ticarət köşkündən, dekabrın 23-də isə Ramin Cəfərova məxsus mağazadan oğurluq etməkdə, habelə dekabrın 28-də Hacıbala Salamova məxsus mağazanın qapı şüşəsini daşla sındırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ağabala Abışov tutulmuşdur.

Dekabrın 22-də İ.Quliyevə bıçaqla xəsarət yetirmiş Cəlilabad şəhər sakini İ.Qurbanov tutulmuşdur

30.12.2012

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də İsmayıl Quliyevə bıçaqla xəsarət yetirmiş Cəlilabad şəhər sakini İlkin Qurbanov tutulmuşdur.

Sumqayıt şəhəri, Qaradağ və Nəsimi rayonları ərazisindəki ticarət obyektlərindən partlayıcı oyuncaqlar aşkar edilərək götürülmüşdür

30.12.2012

DİN Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ və Nəsimi rayonları ərazisindəki ticarət obyektlərindən 9.250 ədəd, Sumqayıt ŞPİ əməkdaşları tərəfindən şəhər ərazisindəki ticarət obyektlərindən 10.606 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar aşkar edilərək götürülmüşdür.

Binəqədi rayon sakini T.Orucov dəm qazından zəhərlənərək ölmüşdür

30.12.2012

Dekabrın 30-da saat 07.50 radələrində Binəqədi rayon sakini Tural Orucov evində dəm qazından zəhərlənərək ölmüşdür. Araşdırma aparılır.

5 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanalara gətirilmişlər

30.12.2012

Dekabrın 30-da Sumqayıt şəhər sakinləri Kamilə Həsənova, Sona Ağayeva, Leyla Paşayeva, Xırdalan şəhər sakini Təbrizə Paşazadə, Samux rayonunun Nəbiağalı qəsəbə sakini Müşfiq Abdullayev mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara gətirilmişlər.

Gəncə şəhər sakini X.İsrafilov qaz sobası ilə ehtiyatsız davrandığından yanıq xəsarəti almışdır

30.12.2012

Dekabrın 30-da Gəncə şəhər sakini Xanlar İsrafilov qaz sobası ilə ehtiyatsız davrandığından yanıq xəsarəti almış, vəziyyəti ağırdır. Araşdırma aparılır.

Gəncə şəhər sakini A.Abdullayeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

30.12.2012

Dekabrın 30-də Gəncə şəhər sakini Aytac Abdullayeva evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Gəncə şəhər sakini Bəxtiyar İbrahimov münaqişə zəminində Əkbər Rzayevə balta ilə xəsarət yetirmişdir

30.12.2012

Dekabrın 30-da saat 01.15 radələrində Gəncə şəhər sakini Bəxtiyar İbrahimov münaqişə zəminində həmyerlisi Əkbər Rzayevə balta ilə xəsarət yetirmişdir. B.İbrahimov Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən tutulmuşdur.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

30.12.2012

Dekabrın 30-da saat 00.45 radələrində Xətai rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Osman Həsənov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Xızı rayonunun Tıxlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

30.12.2012

Dekabrın 30-da saat 03.30 radələrində Xızı rayonunun Tıxlı kəndi ərazisində, Bərdə şəhər sakini Fəxrəddin İbadov "Hovo" markalı yük avtomaşınını idarə edərkən, onu aşırmışdır. Nəticədə sürücü və sərnişini Abbas Həsənov hadisə yerində ölmüşlər.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Əli Cəfərov ölmüşdür

30.12.2012

Dekabrın 11-də saat 23.05 radələrində Nərimanov rayonu ərazisində, Bakı şəhər sakinləri Daniel Aşırbəyov "Mercedes" markalı avtomaşını idarə edərkən Əli Cəfərovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 30-da orada ölmüşdür.

O.M.