Mənzildən 5 min manat pul oğurlandı

Mənzildən 5 min manat pul oğurlandı

13 Avqust 2015 16:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Xətai rayonunda evdən oğurluq edilib. Oğurluq hadisəsi rayonun Zeytun küçəsi 9 ünvanında yerləşən yeni tikili olan evdə qeydə alınıb.

Məlumata görə, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Səlahəddin Bərzani oğlu Əsgərova məxsus yeni inşa olan evin qapısını naməlum şəxslər sınıdırıb. Həmin evdən 5 min manat dəyərində elektrik naqilləri oğurlanıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsində araşdırma aparılır.

Mediainfo.az