Qardaşını silahla vurub, bir nəfəri də yaraladı - BİLƏSUVARDA QƏTL

Qardaşını silahla vurub, bir nəfəri də yaraladı - BİLƏSUVARDA QƏTL

1 Fevral 2017 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün axşam saatlarında Biləsuvar rayonunun Amankənd kənd sakini, 1988-ci il təvəllüdlü Adil Alim oğlu Əliyev qardaşı tərəfindən odlu silahla qətlə yetirilib. Digər kənd sakini, 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Əliyev isə baş nahiyyəsindən yaralanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Mediainfo.az