Gəncədə depo mühafizəçisi bıçaqlanıb

Gəncədə depo mühafizəçisi bıçaqlanıb

10 Fevral 2017 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə bıçaqlanma hadisəsi olub. Apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə Dəmir Yolu Deposunda qeydə alınıb. Orada mühafizəçi işləyən 1993-cü il təvəllüdlü Məmmədov Kərəm Nurəddin oğlu bıçaqlanaraq Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat olunan mühafizəçinin vəziyyəti ağır qiymətləndirilir.

Onun tanışı tərəfindən bıçaqlandığı bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mediainfo.az