Sahibkarların qənimi ana və oğulun məhkəməsi başlayıb

Sahibkarların qənimi ana və oğulun məhkəməsi başlayıb

23 Fevral 2017 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində marketlər şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prokuror cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Hazırlıq iclası fevralın 28-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində marketlər şəbəkəsinin sahibi Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılaraq, barələrində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. R.Salmanovun şikayət ərizəsində qeyd edib ki, S.Quliyev onun 2 milyon 116 min 300 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. S.Quliyev və H. Quliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Mediainfo.az